Apr 20, 2024 13:43 Asia/Baku
  • Kaliforniyada Fələstin tərəfdarı olan müsəlman tələbənin çıxışının ləğvi müzakirələrə səbəb oub

ABŞ universitetlərindən birində fələstin tərəfdarı olan müsəlman tələbənin buraxılış mərasimindəki çıxışının ləğvi ilə bağlı mübahisələr artıb.

Cənubi Kaliforniya Universiteti bir neçə gün əvvəl bildirib ki, təhlükəsizliklə bağlı narahatlıqlar" səbəbindən valediktor olaraq seçilən Əsna Təbəssümün məzun yoldaşları tərəfindən çıxış etməyə icazəsi yoxdur. Universitet təhlükəsizlik narahatlıqlarının nədən ibarət olduğuna aydınlıq gətirməyib. 

Bu qərarın ardınca universitet bildirib ki, buraxılış mərasimindəki bütün çıxışlar ləğv edilib. 

Əsna Təbəssüm bir bəyanatda bildirib ki, Cənubi Kaliforniya Universiteti qorxuya qərq olur və nifrəti mükafatlandırır. Bu nifrət, anti-müsəlman və anti-Fələstin səslərdən qaynaqlanır. 

Bu mərasimdə bir sıra məşhur simaların çıxışı nəzərdə tutulmuşdu. 

Eyni zamanda, deyilənlərə görə, Amerikanın Yel Universitetinin tələbələri fələstinlilərə dəstək məqsədilə 7 günlük aclıq aksiyasına start veriblər. 

Sionist rejimin Qəzzə müharibəsi Amerika universitetlərində gərginliyə səbəb olub.

Cümə axşamı günü Kolumbiya Universitetində Fələstin tərəfdarı olan 100-dən çox etirazçı polis tərəfindən saxlanılıb. 

Bu şəxslərin həbsi universitetin sədrinin polisə Fələstin tərəfdarı olan tələbələrin kampını təmizləməyə icazə verməsindən sonra baş verib.

ReplyForward

Add reaction

Teqlər