İslamabadda təhlükəsizlik şəraiti kəskinləşib
«Təhrik-i İnsaf» partiyasının anti-hökumət aksiyası Pakistanın paytaxtı İslamabada tərəf irəliləyib. Bu da zorakılığa/ və etirazçılarla toqquşmada azı beş təhlükəsizlik qüvvəsinin öldürülməsinə səbəb olub.
«Təhrik-i İnsaf» partiyasının tərəfdarlarından minlərlə nəfərin Pakistanın sabiq baş naziri İmran Xanın azad olunması üçün geniş bir aksiya formasında İslamabada daxil olmasının fonunda hökumət vəziyyəti nəzarətə almaq üçün ordu qüvvələrini çağırıb.
İnformasiya mənbələri qeyd ediblər ki, hökumətin ordu qüvvələrini paytaxtda yerləşdirməsi/ «Təhrik-i İnsaf» partiyasının aksiyasından irəli gələn zorakılıqlar/ və toqquşmalar zamanı beş təhlükəsizlik qüvvəsinin öldürülməsindən sonra həyata keçirilib.
İnformasiya mənbələri əlavə ediblər: Hökumət «Təhrik-i İnsaf» partiyasına İslamabad şəhərinin girəcəyində yerləşən «Səncrani» bölgəsində piket keçirmək təklifi irəli sürsə də, təhlükəsizlik maneələrindən keçən etirazçılar özlərini İslamabadın mərkəzində yerləşən «Pişavər Morr» bölgəsinə çatdırıblar.
Pakistanın baş naziri Şahbaz Şərif təhlükəsizlik qüvvələrinin iğtişaşçıları dayandırmaq üzrə əzmkarlıqlarına təkid edib.