Fev 16, 2025 13:03 Asia/Baku
  • G7 İrana qarşı əsassız iddiaları təkrarlayıb

Yeddilik Qrupu ölkələrinin xarici işlər nazirləri Münhendə Təhlükəszlik Konfransı çərçivəsində bir bəyanat yayaraq, İranın sülhməramlı nüvə proqramı ilə bağlı siyasi iddiaları, eləcə də regional məsələlər, Ukraynadakı müharibə və insan hüquqları ilə bağlı İrana qarşı əsassız ittihamları təkrarlayıblar.

Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Britaniya və ABŞ-ın təmsil olunduğu G7 qrupunun xarici işlər nazirləri bu bəyanatda iddia ediblər ki, İran İran regional qeyri-sabitliyi “etibarlı mülki əsaslandırma olmadan uranın zənginləşdirilməsində sürətli irəliləyiş”, “Yaxın Şərq və Qırmızı dənizdə silahlı qruplara dəstək vermək” və “ballistik raketlər və pilotsuz təyyarələri inkişaf etdirməklə regionda sabitliyi pozur. Bəyanatda, həmçinin insan hüquqlarının pozulması ilə bağlı iddialar da yer alıb.Bu iddialar elə bir halda irəli sürülür ki, İran İslam Respublikası onları dəfələrlə rədd edib və Qərb tərəflərinə “təhdid” və “beynəlxalq sülh və təhlükəsizlik” kimi məfhumların mənasını dərk düşməyi və bu terminləri təhrif etməkdən çəkinməyi tövsiyə edib.Bundan əvvəl İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib: "Qlobal sülh və təhlükəsizlik üçün əsas və daimi təhdid aparteid və işğalçı rejimdir. Hansı ki, kütləvi qırğın silahları arsenalına malikdir və təkcə son 15 ay ərzində amansız soyqırımla 60 mindən çox günahsız insanın həyatına son qoyub, ən ağır beynəlxalq cinayətləri törədib və hələ də təcavüz və işğalını davam etdirir".