Fev 16, 2025 13:33 Asia/Baku
  • Ukrayna rəsmiləri Çinin xarici işlər naziri ilə ölıkələrində sülhü müzakirə edirlər

Ukraynanın yüksək səviyyəli rəsmiləri Çinin xarici işlər naziri Vanq Yi ilə Kiyevin ölkələrində sülhü və ikitərəfli əlaqələri müzakirə edirlər.

Ukraynanın xarici işlər naziri Andriy Sybiha X sosial şəbəkəsindəki səhifəsində yazıb: "Mən və Andrey Yermak yəni Ukrayna prezident administrasıyasının rəhbəri şənbə günü axşam saatlarında Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdük və ölkələrin ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyini vurğuladıq".O, əlavə edib: "Biz ikitərəfli münasibətlərin və ticarətin inkişafını müzakirə etdik. Biz həmçinin Ukraynanın hərtərəfli, ədalətli və davamlı sülhə aparan yol haqqında baxışını irəli sürdük".Qərar üzrə Ukraynada sülh danışıqları yaxın günlərdə başlayacaq. Bu məqsədlə ABŞ dövlət katibi Marko Rubio, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals və Ağ Evin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof Səudiyyə Ərəbistanına səfər edəcəklər.