Vaşinqton:
Tehran bizimlə əlaqə saxlamayıb
İRNA - ABŞ-ın xarici işlər naziri Marko Rubio ABŞ və İran arasında danışıqların keçirilməsi ehtimalı barədə verdiyi açıqlamada vurğulayıb ki, Tehrandan heç bir zəng gəlməyib.
Rubio CBS xəbər şəbəkəsinə verdiyi müsahibədə, İranın sülhməramlı nüvə proqramına qarşı İsrail rejiminin ritorikası və təhdidləri barədə deyib ki: İsrail (rejimi) həmişə öz milli maraqlarına uyğun hərəkət etməlidir, lakin Tel-Avivin İranla bağlı aparacağı strategiya barədə fikir bildirməyəcəm.
ABŞ-ın xarici işlər naziri həmçinin ABŞ və İran arasında danışıqların keçirilməsi ehtimalı ilə bağlı qeyd edib: İndiyədək Tehran bizimlə heç bir əlaqə saxlamayıb və ya danışıqlar yolu ilə Tramp administrasiyası ilə razılaşma əldə etmək marağı göstərməyib.
Rubio Vaşinqtonun İranın sülhməramlı nüvə proqramı ilə bağlı əsassız iddialarını təkrarlayaraq, deyib ki: İranın keçmiş diplomatik səyləri sadəcə olaraq vaxt qazanmaq və uranın zənginləşdirilməsini davam etdirmək üçün idi, lakin biz İranın nüvə silahı əldə etmək istəmədiyini bildirən xəbərlər almaq istəyirik.
Bu iddialar, İran İslam Respublikasının bunu dəfələrlə rədd etdiyi və qərb tərəfinə 'təhlükə' və 'beynəlxalq sülh və təhlükəsizlik' kimi anlayışların mənasını dərk etməyi və bu sözləri adiləşdirməkdən çəkinməyi tövsiyə etdiyi bir vaxtda gündəmə gətirilir."