Fev 18, 2025 11:33 Asia/Baku
  • Rusiya və ABŞ Ukrayna məsələsini müzakirə edirlər

ABŞ hökumətinin Ukrayna məsələsində Rusiya ilə dil tapmaq cəhdləri yeni mərhələyə daxil olub, rəsmi Moskva əvvəlki mövqeyində israrlıdır.

Bu məlumata əsasə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya ərazi güzəştlərinin mümkünlüyünü rədd edərək bildirib ki, nizamlanma prosesində heç bu barədə söhbət belə gedə bilməz.2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Donetsk, Luqansk vilayətləri tam, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi Rusiyanın nəzarəti altındadır.Ukrayna prezidenti Volodimir Zelenski fevralın 16-da bildirib ki, Kiyev itirilmiş torpaqları heç vaxt Rusiya ərazisi kimi tanımayacaq.Ukrayna fevralın 18-də ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlara dəvət olunmayıb.Zelenski bu barədə deyib: “Bizim iştirakımız olmadan haqqımızda bağlanmış heç bir razılaşmanı tanıya bilmərik və biz belə razılaşmaları tanımayacağıq”.Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp fevralın 12-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və Ukrayna münaqişəsinin tənzəmlənməsi haqda fikir mübadiləsi aparıb.Müşahidəçilər ABŞ-dakı yeni hökumətin Ukrayna üstündə sövdələşmə planının baş tutacağına şübhə ilə yanaşırlar.