Tramp: Netanyahunu İrana qarşı hərbi addımlardan çəkinməsi üçün xəbərdar etmişəm
https://azeri.sahartv.ir/news/dünya-i420422-tramp_netanyahunu_İrana_qarşı_hərbi_addımlardan_çəkinməsi_üçün_xəbərdar_etmişəm
ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla aparılan danışıqlar yaxşı gedir və İsrailin müharibə tərəfdarı baş naziri Benyamin Netanyahuya Tehranın nüvə proqramı ilə bağlı danışıqları poza biləcək hərəkətlərdən çəkinməsi barədə xəbərdarlıq edib.
(last modified 2025-05-29T11:25:14+00:00 )
May 29, 2025 15:24 Asia/Baku
  • Tramp: Netanyahunu İrana qarşı hərbi addımlardan çəkinməsi üçün xəbərdar etmişəm

ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla aparılan danışıqlar yaxşı gedir və İsrailin müharibə tərəfdarı baş naziri Benyamin Netanyahuya Tehranın nüvə proqramı ilə bağlı danışıqları poza biləcək hərəkətlərdən çəkinməsi barədə xəbərdarlıq edib.

Tramp bu barədə deyib: “Səmimi olmaq istəyirəm... Netanyahuyla danışdım və dedim ki, biz razılaşmaya çox yaxınlaşmışıq və İran bu razılığı istəyir.”