May 30, 2025 16:10 Asia/Baku
  • Təbii buzlaq İsveçrədə bir kəndi məhv etdi!

İsveçrənin cənubunda yerləşən dağlıq ərazidə böyük bir buzlaq parçasının qopması nəticəsində bir kənd demək olar ki, tamamilə məhv olub və 90 faizi buz və daşların altında qalıb.

Yerli hakimiyyət orqanları qabaqlayıcı tədbir olaraq kənddə yaşayan təxminən 300 nəfəri və onların heyvanlarını əvvəlcədən təxliyə etmişdi.

Buna baxmayaraq, 64 yaşlı bir kişi hələ də itkin düşüb və axtarış-xilasetmə qrupları onu termal kameralarla təchiz olunmuş pilotsuz uçuş aparatları ilə axtarırlar.