Sançes AB ölkələrinə müraciət etdi : İsrailə silah ixracatını dayandırın
Sionist rejimin Qəzzədə törətdiyi cinayətlərə beynəlxalq reaksiyalar davam edir. Bu istiqamətdə, İspaniyanın baş naziri Pedro Sançes Avropa Birliyinə üzv bütün ölkələri sionist rejimlə ortaqlıq müqaviləsini və bu rejimə silah ixracatını dayandırmağa çağırıb.
Qəzzədə humanitar beynəlxalq hüquqların aşkar şəkildə pozulması və əlli mindən yuxarı insanın öldürülməsi qarşısında sakit qalmaq olmaz- deyə, İspaniyanın baş naziri vurğulayıb.
Ukrayna böhranına və Qəzzə faciəsinə yanaşarkən ikili meyarlardan istifadə olunmamalıdır- deyən Sançes mövqelərin koordinasiya olunmasını istəyib.
Rusiya xarici işlər naziri Sergey Lavrov da bundan qabaq vurğulamışdı ki: Qəzzə zolağında baş verənlər anlaşılmaz və izaholunmazdır.
Rusiya xarici işlər naziri bu istiqamətdə, Qəzzə zolağında müharibənin və qan axıdılmasının dərhal dayandırılmasını istəmişdi.