Makron: Avropa İsrailə qarşı kollektiv mövqeyini sərtləşdirməlidir
May 31, 2025 13:18 Asia/Baku
Fransa prezidenti Emmanuel Makron bildirib ki, Qəzzədə vəziyyət yaxşılaşmayınca Avropa dövlətləri “İsrailə” qarşı “kollektiv mövqeyi" sərtləşdirməlidir.
Sinqapura səfər edən Emmanuel Makron Qəzzədə humanitar böhranın pisləşdiyinə işarə edərək, deyib: "Yaxın bir neçə saat və gün ərzində bununla bağlı tədbir görülməsi zəruridir".
Makron qeyd edib ki, Fələstin dövlətinin tanınması təkcə mənəvi borc deyil, həm də siyasi zərurətdir.
Fransa prezidenti, həmçinin Ukrayna müharibəsinə toxunub və deyib: "Avropa ölkələri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdırlar və Ukraynadakı müharibə Amerikanın etibarı üçün bir sınaqdır