Rusiya və Ukrayna əsir və yaralı mübadiləsi ilə bağlı razılığa gəliblər
İstanbulda keçirilən Rusiya və Ukrayna arasında sülh danışıqlarının ikinci raundu atəşkəsə nail olmadan başa çatsa da, iki ölkə 25 yaşadək əsirlərin, ağır yaralıların və öldürülən hərbçilərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər.
Rusiya və Ukrayna arasında sülh danışıqları dünın İstanbulda keçirilib.
Danışıqların sonunda Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü deyib: “Biz atəşkəslə bağlı son məqsədə nail olmasaq da, üç məsələ üzrə anlaşma əldə etdik”.
Georgi Tyxi sözlərinə belə davam edib: “Bu çərçivədə tərəflər yaşı 25-dən aşağı olan əsirləri dəyişdirəcək, həmçinin xəstə və ağır yaralı əsirlər də ölkələrinə təhvil veriləcək".
Digər anlaşma iki ölkə arasında gedən müharibədə həlak olan 6 min hərbçinin cəsədlərinin dəyişdirilməsidir.
Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibinin sözlərinə görə, atəşkəslə bağlı danışıqlar təxminən bir ay davam edəcək.