Amerika İngiltərə və Fransaya: Fələstini müstəqil dövlət kimi tanımayın
İyun 04, 2025 16:31 Asia/Baku
İngiltərənin "Middle East Eye" xəbər saytı yazır ki, ABŞ BMT-nin 17 İyun konfransında Fələstinin müstəqil dövlət kimi tanınmaması barədə İngiltərə və Fransanı xəbərdar edib.
Məlumata görə, əgər Fransa və İngiltərə Fələstini tanısa, G7 ölkələri arasında bu addımı atan ilk dövlətlər olacaqlar. Nəzarətçilərin fikrincə, bu İsraillə olan əlaqələrə görə siyasi "zəlzələ" yarada bilər.İsrailin Strateji İşlər naziri ötən həftə xəbərdarlıq edib ki, əgər Fələstin tanınsa, onlar İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq edəcəklər (öz ərazilərinə qatacaqlar).