BMT TŞ-də Qəzzə müharibəsinə son qoyulması barədə səsvermənin keçirilməsi istənilib
BMT Təhlükəsizlik Şurasında on ölkə Qəzzə barədə qətnamə layihəsi haqda səsvermənin keçirilməsini istəyir.
Qəzzədə fələstinlilərə qarşı soyqırımın davam etməsi ölkələrin Təhlükəsizlik Şurasında bu məsələyə reaksiya vermələrinə səbəb olub.Bu əsasda, diplomatik mənbələr bu gün səhər saatlarında BMT Təhlükəsizlik Şurasında Qəzzə müharibəsi barədə qətnamə layihəsinin işlənib hazırlanmasından xəbər veriblər.Əlcəzirə telekanalı bildiribdir ki: Qətnamə layihəsi Qəzzəyə yardımların girişinə qoyulan məhdudiyyətlərin dərhal və qeyd-şərtsiz olaraq ləğv olunmasını tələb edir.Təhlükəsizlik Şurasının qanunlarına əsasən, ABŞ, Rusiya, Çin, Fransa və İngiltərə kimi beş ölkə veto haqqına malikdir. Onlar hər bir qətnaməyə veto qoya bilərlər.Qəzzədə fələstinlilərə qarşı soyqırım cinayətinin ortağı sayıldığı üçün Amerikanın Qəzzədə müharibəyə son qoyulmasını tələb edən qətnaməni bir daha veto edəcəyi təəccüb doğurmur.