Yəmən raketi Ben-Qurion hava limanında uçuşları dayandırdı
İyun 04, 2025 16:53 Asia/Baku
Yəmən Ənsarullah hərəkatı “Fələstin-iki” tipli ballistik raketlə qəsb olunmuş ərazilərə qarşı raket zərbəsindən xəbər verib.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Sərii deyib: Bu hücum uğurla hədəfi vurub və sionist sakinlərin geniş şəkildə sığınacaqlara qaçmalarına və aeroportun fəaliyyətinin tam şəkildə dayanmaına səbəb olub.Yəmən ordusu bildiribdir ki, bu əməliyyat Amerikanın hərbi yük təyyarəsinin ikinci gün dalbadal Əllud hava limanına enə bilməməsinə gətirib çıxarıb.Yəmən silahlı qüvvələri vurğulayıbdır ki, sionist rejim Yəməndən raketlər və PUA-lardan savayı bir şey görməyəcək. Bu hücumlar, Fələstin xalqına dəstək və soyqırım cinayətinə bir cavabdır.