"Pəhləvanlıq mədəniyyəti və Zorxana idmanı" günü
-
"Pəhləvanlıq mədəniyyəti və Zorxana idmanı" günü
17 şəvval İran təqvimində "Pəhləvanlıq mədəniyyəti və Zorxana idmanı" günü olaraq qeyd olunur. Zorxana idman növü İranda qədim köklərə malikdir və mənəvi güc ilə fiziki gücün birləşməsindən doğan mərdlik nişanəsidir.
17 şəvval həzrət Əlinin(ə) Əmir ibn Əbdəvid ilə mübarizə günüdür. Əli(ə) bu mübarizədə Əbdəvidi qəzəb üzündən deyil, Allah ilə olan düşmənçiliyinə görə öldürür. Bu isə pəhləvanlıq xüsusiyyətidir.
Bu idman növü iranlılar və müsəlmanlar yanında böyük əhəmiyyətə malik olmaqla yanaşı, pəhləvanlıq və Zorxana idman növünə aid xüsusiyyətlər YUNESKO tərəfindən mənəvi irs kimi qeydə alınıb.
Zorxana idman növü özünəməxsus ənənələrə və qaydalara malikdir. Zorxana zəngi ilə yanaşı olan şer və dastanlar bu növ musiqinin əsas xüsusiyyətləridir və idmançıları cuşa gətirmək üçün "mürşid" tərəfindən oxunur.
Zorxana idman növünün şüarı "Ruh və cismi yetişdirmək"dir. Bu idman növü fiziki baxımdan sağlamlığa xidmət etməklə yanaşı, ruhun təmizlənməsi və möhkəmləndirilməsində də böyük rola malikdir. Bu idman növü mərdlik və fədakarlıq ruhiyyəsini yaymaqla məşğuldur.