İranın Frankfurtdakı baş konsulu: Almaniyada 20 min iranlı həkim işləyir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i281309-İranın_frankfurtdakı_baş_konsulu_almaniyada_20_min_iranlı_həkim_işləyir
İran İslam Respublikasının Almaniyanın Frankfurt şəhərindəki baş konsulu Mehdi Şəhriyari Almaniyada 20 min iranlı həkimin işlədiyini deyərək, almanların iranlı həkimlərə etibar etdiklərini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 03, 2017 05:39 Asia/Baku
  • İranın Frankfurtdakı baş konsulu: Almaniyada 20 min iranlı həkim işləyir

İran İslam Respublikasının Almaniyanın Frankfurt şəhərindəki baş konsulu Mehdi Şəhriyari Almaniyada 20 min iranlı həkimin işlədiyini deyərək, almanların iranlı həkimlərə etibar etdiklərini bildirib.

Mehdi Şəhriyari İranın şimal-şərqində yerləşən Şimali Xorasan Ostanında keçirilən ziyalıların seminarında deyib: İranlı həkimlərin klinikaları daim izdihamlıdır. Bu isə almanların onlara etibar etdiyini göstərir. 

Seminarda iştirak edən tanınmış iranlı cərrah Məcid Səmiyi də çıxış edərək, deyib: İranlı alimlər bütün elmi sahələrdə şöhrət sahibidirlər. 

M.Səmiyi əlavə edib: İran dünyada elmin beşiyi sayılır. 

Professor Səmiyi şənbə günü elmi mərkəzlərə baxış keçirmək məqsədi ilə Şimali Xorasana 2 günlük səfər edib.