Kazan Müsəlman Kino Festivalı; "Nida" filmi mükafatlandırıldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i282303-kazan_müsəlman_kino_festivalı_nida_filmi_mükafatlandırıldı
Dariuş Nəcəfi Qulinin çəkdiyi qısammetrajlı Nida filmi 13-cü Kazan Beynəlxalq Müsəlman Kino Festivalının qalibi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2017 04:14 Asia/Baku
  • Kazan Müsəlman Kino Festivalı;

Dariuş Nəcəfi Qulinin çəkdiyi qısammetrajlı Nida filmi 13-cü Kazan Beynəlxalq Müsəlman Kino Festivalının qalibi olub.

İRNA-nın məlumatına görə, İran və Azərbaycan Respublikasının birgə istehsalı olan qısammetrajlı "Nida" filmi Kazan Müsəlman Kino Festivalında iştirak edən 12 qısammetrajlı film arasında ən yaxşı əsər nominasiyasına layiq görülüb. 

27 ölkədən, o cümlədən Rusiya, İran, Azərbaycan, Avstraliya, ABŞ, Yaponiya, Belarus, Tacikistan, Qırğızıstan, Suriya, Nepal və Banqladeş filmləri Tatarıstan Muxtar Respublikasının mərkəzi olan Kazanda 13-cü Beynəlxalq Müsəlman Kino Festivalında iştirak edib. 

Kazan Beynəlxalq Müsəlman Kino Festivalı 5-11 sentyabrda keçirilib. Bu festival 2005-ci ildən fəaliyyətə başlayıb və bu gün Rusiya və müxtəlif ölkələrin islam mədəniyyəti və incəsənəti sahəsində önəmli hadisəyə çevrilmişdir.