İran peyk sahəsində dünyanın dörd ölkəsi arasındadır
İran İslam Respublikası Ordusu baş komandanının müşaviri deyib: İran peyk fəaliyyətlərinin bütün sahələrində dünyanın dörd ölkəsi arasındadır.
İRNA-nın məlumatına görə, İran ordusu baş komandanının müşaviri leytenant Məhəmməd Həsən Nami cümə axşamı günü Əlborz vilayətində deyib: İran atış platformaları, peykdaşıyıcı, peyklər və nəzarət stansiyalarına şamil peyk fəaliyyətləri sahələrində güclüdür və deməyə sözü var.
Nami əlavə edib: İran nano, molekul, tibb və aeronavtika elmində də güclüdür və hazırda insan orqanizmi üzvlərinin istehsalı sahəsində hərəkət etməkdədir.
İran ordusu baş komandanının müşaviri İranın raket istehsalı sahəsində nailiyyətlərinə toxunub və bildirib: İran İslam Respublikası hazırda geosiyasi cəhətdən regional qüdrət və siyasi baxımdan beynəlxalq qüdrətlərdən biridir.