17-ci Tokio Beynəlxalq Nano Texnologiyaları Sərgisi
-
nano tech 2018
17-ci Beynəlxalq Nano Texnologiyaları Sərgisi Tokionun daimi sərgi məkanında təşkil edilib.
17-ci Tokio Beynəlxalq Nano Texnologiyaları sərgisi. Bu sərgi nano texnologiyaları üzrə dünyanın ən iri sərgilərindən biri sayılır. İran nano texnologiyasında öncül ölkələrdən biri kimi ardıcıl olaraq 11-ci dəfədir ki, bu sərgidə iştiraka dəvət edilib.
Sərgidə iştirak edən İran heyətinin nümayəndəsi bu barədə deyir: “Bu ilki sərgidə İranın 5 şirkəti iştirak edir. Bu şirkətlər ən yeni məhsullarını bu sərgidə nümayiş etdirirlər. Bu gün İranın nano texnologiyası üzrə beynəlxalq reytinq cədvəlində dördüncü pillədə dayanmasını nəzərə alaraq, nano texnologiyası məhsullarının brendləşdirilməsi sahəsində də yaxşı uğurlar əldə edə bilmişik. Və bu gün bir çox ölkəyə məhsul ixrac edirik. ”
Bu gün nano texnologiyaları məhsulları İT, elektronika, dərman, sağlamlıq, enerji, biotexnologiya və ekologiya sahələrində geniş istifadəyə malikdir.
Bu il Tokioda keçirilən Beynəlxalq Nano Texnologiyaları Sərgisinə 50 mindən çox insan baxış keçirib.
Sərgidə İranı təmsil edən şirkətlərdən birinin nümayəndəsi deyir: “Biz ölkəmizin nano texnologiyası üzrə ən son nailiyyətlərini tanıtdırmaq üçün və xarici şirkətlər ilə əməkdaşlıqları genişləndirmək üçün hər il bu sərgidə iştirak edirik.”
Ötən illərdə olduğu kimi bu il də İran pavilyonları sərgiyə baxış keçirənlər habelə, sərgidə iştirak edən şirkətlərin diqqətini özünə cəlb etməyi bacarmışdı.
İranı təmsil edən şirkət nümayəndəsi bu haqda deyir: “Xarici şirkətlər ilə əlaqələrin genişləndirilməsi və informasiya mübadiləsi ilə daha yaxşı uğurlar əldə etməyə çalışırıq. Sərgi başa çatdıqdan sonra da biz xarici şirkətlər ilə əlaqələrimizi davam etdirməyə çalışırıq. Bununlada ölkəmizdə nano texnologiyasının inkişafına nail olmaq istəyirik.”
Tokioda yaşayan iranlılar, xüsusilə İran məktəbinin müəllim və şagird heyəti də sərgi məkanında olaraq, İran şirkətlərinin ən son nailiyyətləri ilə yaxından tanış olublar.