Fransanın Luvr muzeyinin ekspanatları İranda nümayiş etdiriləcək
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i296197-fransanın_luvr_muzeyinin_ekspanatları_İranda_nümayiş_etdiriləcək
İranın Milli Muzeyinin rəhbəri deyib: "Luvr Muzeyi Tehranda" adlı sərgi layihəsi üçün nəzərdə tutulmuş ekspanatlar Fransadan İranın Milli Muzeyinə köçürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2018 17:19 Asia/Baku
  • Fransanın Luvr muzeyinin ekspanatları İranda nümayiş etdiriləcək
    Fransanın Luvr muzeyinin ekspanatları İranda nümayiş etdiriləcək

İranın Milli Muzeyinin rəhbəri deyib: "Luvr Muzeyi Tehranda" adlı sərgi layihəsi üçün nəzərdə tutulmuş ekspanatlar Fransadan İranın Milli Muzeyinə köçürülüb.

İRİB-in verdiyi məlumata görə, İranın Milli Muzeyinin rəhbəri Cəbrayıl Nokəndə deyib: Bu əşyarla toplusunun İrana daxil edilməsi ilə sərgi üçün nəzərdə tutulmuş məkanda ekspanatların düzülməsinə başlanılır. 

Nokəndə "Luvr Muzeyi Tehranda" layihəsinə cari il mart ayında start veriləcəyini bildirərək deyib: Bu sərginin əsərləri 50 büst, qabarıq naxış, qab, rəsm və daş basmasından ibarətdir. 

Cəbrayıl Nokəndə deyib: Əşyalara İlam şahının kətibəsini əks etdirən tunc balta, İranın cənub qərbində yerləşən Lorestana aid başqa tunc ekspanat eləcə də Fransa, Avstriya, Almaniya, Hollandiya, Misir, Türkiyə, Suriya, İraq və Hindistandan əşyalar daxildir.