İranlı qadın əlillərdə oxçuluq üzrə ən yaxşı idmançı seçildi
Fev 22, 2018 10:19 Asia/Baku
İranın oxçuluq üzrə əlil idmançı qadını Zəhra Neməti Beynəlxalq Oxçuluq Federasiyası tərəfindən para-oxçuluq idmanı üzrə 2017-nin ən yaxşı idmançısı seçilib.
Zəhra Neməti ən yaxşı idmançı nominasiyasında İngiltərədən Cessika Sterton, Braziliyadan Cin Karla Qoql, Rusiyadan Tatyana Andriviskaya və Çindən Co Ciyaminlə rəqabət aparıb və səs çoxluğu ilə bu ada layiq görülüb.
Neməti 2017-ci il Dünya Çempionatında bir qızıl və bir bürünc medal qazanmışdı.
O həmçinin 2016-cı il Rio Yay Paralimpiya Oyunları, 2012-ci il London Yay Paralimpiya Oyunlarında oxçuluq üzrə qızıl medala layiq görülüb.
Zəhra Neməti İranın idman tarixində Olimpiya və Paralimpiya Oyunlarında qızıl medal qazanan ilk qadın idmançıdır.