Mart 03, 2018 16:44 Asia/Baku
  • İsfahan və Düsseldorf universitetləri arasında memorandum imzalanıb
    İsfahan və Düsseldorf universitetləri arasında memorandum imzalanıb

İranın İsfahan universiteti ilə Almaniyanın "Haynriş Hayn Düsseldorf" universiteti arasında elm və mədəniyyət sahələrində əməkdaşlıq sənədi imzalanıb.

Bu anlaşma sənədinə əsasən, İranın İsfahan universiteti və Almaniyanın "Haynriş Hayn Düsseldorf" universiteti tələbə və müəllim mübadiləsi, müştərək iclasların keçirilməsi və müştərək kursların təşkili sahələrində həmkarlıq edəcəklər.

1946-cı ildə təsis olunmuş İranın İsfahan universiteti on beş min tələbəyə və 650 elmi heyət üzvünə malikdir. Bu universitet mühəndislik, əsas elmlər, humanitar elmlər, dil, iqtisadiyyat və müasir texnologiyalar ixtisaslarında on dörd fakültəyə malikdir.

1965-ci ildə təsis olunmuş Almaniyanın "Haynriş Hayn Düsseldorf" universiteti isə hüquq, riyaziyyat, təbii elmlər, tibb, incəsənət, humanitar elmlər, biznesin idarə edilməsi və iqtisadiyyat fakültələrində təqribən otuz min tələbəyə və iki min müəllimə malikdir.

Teqlər