İranda məktəblilərin 5-ci idman olimpiyadasının açılış mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i326455-İranda_məktəblilərin_5_ci_idman_olimpiyadasının_açılış_mərasimi_keçirilib
İran İslam Respublikasının təhsil və tərbiyyət nazirinin iştirakı ilə məktəblilərin 5-ci idman olimpiyadasının açılış mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2018 13:14 Asia/Baku
  • İranda məktəblilərin 5-ci idman olimpiyadasının açılış mərasimi keçirilib
    İranda məktəblilərin 5-ci idman olimpiyadasının açılış mərasimi keçirilib

İran İslam Respublikasının təhsil və tərbiyyət nazirinin iştirakı ilə məktəblilərin 5-ci idman olimpiyadasının açılış mərasimi keçirilib.

İranın təhsil və tərbiyyət naziri deyib: "Bədən tərbiyyəsi təlim və tərbiyyət sahəsində önəmli bir məsələdir. İctimaiyyətin sağlamlığı övladlarımızın sağlamlığından asılıdır. Və bu olimpiyadanın keçirilməsində məqsəd də elə budur."

İranda "Bədən Tərbiyyəsi" həftəsi ilə bir vaxtda 5 milyondan çox məktəbli idman fəaliyyətlərinə start verib.

Bu gün məktəblilərin 5-ci idman olimpiyadasının açılış mərasimi keçirilib. Bu olimpiyadanın keçirilməsində məqsəd İnqilab Rəhbərinin təlim və tərbiyyət sahəsində 3 prinsipin; əxlaq, təhsil və idmanın əsas götürülməsinə dair göstərişinə əməl etmək, məktəblərdə şən əhval-ruhiyyə yaratmaqdır.

İdman olimpiyadasında iştirak edənlər futzal, yeddi daş, ortada qaldı, stol üstü tennis, üzgücülük, həndbol, basketbol, fiziki hazırlıq və yüngül atletika üzrə rəqabət aparacaqlar. Məktəblilərin idman olimpiyadasının bağlanış mərasimi İslam İnqilabının qələbə çalmasının ildönümünə, Fəcr Dekadası şənliklərinə təsadüf edəcək.