İranlı uşuçular Sanda üzrə dünya çempionatında 4 qızıl medal əldə ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i326645-İranlı_uşuçular_sanda_üzrə_dünya_çempionatında_4_qızıl_medal_əldə_ediblər
Dörd iranlı uşuçu Çində keçirilən sanda üzrə 9-cu dünya çempionatında öz rəqiblərini məğlub edərək, qızıl medal qazanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 07:37 Asia/Baku
  • İranlı uşuçular Sanda üzrə dünya çempionatında 4 qızıl medal əldə ediblər
    İranlı uşuçular Sanda üzrə dünya çempionatında 4 qızıl medal əldə ediblər

Dörd iranlı uşuçu Çində keçirilən sanda üzrə 9-cu dünya çempionatında öz rəqiblərini məğlub edərək, qızıl medal qazanıbdır.

İlahə Mənsurian, Fərinaz Nəziri, Mohsen Mohəmmədseyfi və Milad Arefi Məqam bu gün səhər, şənbə günündən Çinin Hançjou şəhərində başlanmış sanda üzrə 9-cu dünya çempionatında öz rəqiblərini məğlub edərək, qızıl medal qazanıblar.

Qadınların 52 kiloqram çəki dərəcəsində mübarizə aparan İlahə Mənsurian dünən öncə Braziliyadan olan Edina Pradoya qalib gəlib. O, özünün ikinci görüşündə əlcəzairli Yasəmin Sidi ilə qarşılaşıb və elə ilk raundda yüksək xalla rəqibini məğlub edərək, qızıl medalçı olubdur.

Qadınların 75 kiloqram çəki dərəcəsində mübarizə aparan Fərinaz Nəziri isə finalda dünya üzrə bürünc medalçı misirli Sara Muhəmmədə qalib gələrək, qızıl medal əldə edibdir.

Nəziri dünən Rusiyadan olan dünya üzrə gümüş medalçını məğlub etmişdi.

Kişilərin 70 kiloqramdan aşağı çəki dərəcəsində yarışan İran idmançısı Mohsen Mohəmmədseyfi Misirdən olan Ayman Cəlalı inamla məğlub edərək, qızıl medal qazanıbdır. O, dünən də əlcəzairli Əbdulahadi Buəbidi qarşısından götürmüşdü.

Kişilərin 90 kiloqramdan aşağı çəki dərəcəsində mübarizə aparan Milad Arefi Məqam də misirli Omər Mahmud ilə şücatələ mübarizə apraraq, qızıl medala sahib olub. Arefi Məqam bundan öncə hindistanlı Racinder Sinqhi məğlub etmişdi.

Bu gün axşam da Yusef Səbri və Moin Təqəvi birincilik uğrunda mübarizə aparacaqlar. Həmidreza Qolipur isə özünün ikinci görüşünü keçirəcəkdir.

Dünən də qadınların sanda üzrə yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Şəhrebanu Mənsurian dünya çempionu adını qazanmışdı.

İran komandası uşunun sanda növü üzrə beş kişi və üç qadın idmançı ilə Çin dünya çempionatında iştirak edir.