İranlı həkimlərini yeni uğuru; Xərçəng xəstəliyinə qarşı yeni vasitə
-
İranlı həkimlərini yeni uğuru; Xərçəng xəstəliyinə qarşı yeni vasitə
Şiraz Tibb Universitetinin mütəxəssisləri birbaşa olaraq xərçəng hüceyrələrini hədəfə alan və onları məhv edən yeni tərkibli protein düzəltməyə nail olublar. Bu “imonotoksin”in kütləvi istehsalı xərçəng xəstələri üçün yeni ümid olmaqla yanaşı, ölkə iqtisadiyyatına yaxşı gəlir də gətirə bilər.
Mütəxəssis həkim: “Tamamilə yeni bir anti-bodidir.”
Laborant: “Sadəcə xərçəng hüceyrələrini hədəfə alır.”
Elmi rəhbər: “Kütləvi istehsalı mümkündür və yaxşı gəlir gətirə bilər.”
Bunlar xərçəng hüceyrələrini məhv edə bilən “İmonotoksin”in sadəcə bəzi xüsusiyyətləridir. Bu yeni tərkibi Şiraz Tibb Universitetinin mütəxəssisləri düzəldiblər.
Mütəxəssis həkim: “Yeni tərkibli bir protein hazırlamışıq. Onun tərkibinin bir hissəsini monotərkibli bir antibodi təşkil edir. Digər hissəsini isə “sudomanas” adlı zəhərli bakteriyanın dəyişdirilmiş forması təşkil edir.”
Bu yeni tərkibli protein sadəcə xərçəng hüceyrələrini hədəfə alır.
Elmi rəhbər: “Bizim hazırladığımız protein sadəcə olaraq xərçəng hüceyrələrini hədəfə alaraq, onları məhv edir və digər hüceyrələrə daha az zərər vurur. Bu isə böyük bir üstünlük sayılır.”
Bu yeni anti-bodi insan genlərindan hazırlanıb.
Həkim : “Bu protein anti-bodi xüsusiyyətinə görə xərçəng hüceyrələrinə yapışaraq, Daha sonra, proteinin tərkibindəki zəhərli maddə xərçəng hüceyrəsinə daxil olaraq, onu məhv edir.”
Bu yeni anti-bodi Şiraz Tibb Universitetində təhsil alan Xuzestanlı tələbənin elmi işinin nəticəsi olaraq ortaya çıxıb.
Tələbə deyir: “İki növ xərçəng hüceyrəsi üzərində sınaqdan keçirmişik. Dəri və prostat xərçəngi. Apardığımız sınaqlarda xərçəng hüceyrələrini 80-90% -ə qədər məhv etməyi bacardıq.”
Xərçəng hüceyrələrinin məhv edilməsi üçün nəzərdə tutulmuş bu monotoksin beynəlxalq dairələrdə İran adı ilə qeydə alınıb.
Laborant: “Hal hazırda Amerikada qeydiyyata alınıb. Həmçinin, ixtiraların beynəlxalq qeydiyyatı sistemində də qeydə alınıb.”
Bu maddə 3 il sürən araşdırmaların nəticəsində laboratoriya şəraitində düzəldilib.