Dünyanın ağır çəkili idmançısı Kanadada müsəlman olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i328267-dünyanın_ağır_çəkili_idmançısı_kanadada_müsəlman_olub
Bir zaman Məhəmməd Əlini özünə meyar seçən Geri Qudriç indi başqalarının yolu üçün bir dəlil olacaqdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 19, 2018 14:05 Asia/Baku
  • Dünyanın ağır çəkili idmançısı Kanadada müsəlman olub
    Dünyanın ağır çəkili idmançısı Kanadada müsəlman olub

Bir zaman Məhəmməd Əlini özünə meyar seçən Geri Qudriç indi başqalarının yolu üçün bir dəlil olacaqdır.

Kikboksinq üzrə sabiq dünya çempionu mübarizə meydanlarının hay-küylərindən kənarda Komeyl duasının kəlmələrinin tamaşasına oturubdur.

Kanadanın imamcüməsi: O, bir çox kilsəyə getmişdi. Hiss edirdi ki, onların heç birisi onun ruhi və mənəvi ehtiyaclarına cavab verə bilməz.

Geri Qudriç bir neçə həftə bundan öncə bu məkanda müsəlman oldu və kəlmeyi-şəhadətini oxudu.

Geri Qudriç: Bir tərəfdən, Məhəmməd Əli mənim meyarım idi, digər tərəfdən də müsəlmanlar mənim təşviqatçım olublar.

Qudriç Qərb medialarının müsəlmanlara qarşı təbliğatları haqda belə deyib: Onların bu təbliğatları, qaradərililərə olan baxışları kimi yalandır. İslam, məhəbbət dinidir və müsəlmanlar əməli-saleh şəxslərdirlər. Mən İslam barədə daha çox bilmək istəyirəm.

Qudriç özünün müsəlman olmasını virtual şəbəkələrdə on minlərlə izləyici ilə böyük şövqlə elan edibdir.

Bir neçə gün bundan sonra, İslam Peyğəmbəri(s.ə.s)-in mövlud gününün ildönümü ilə bir vaxtda Qudriçin dostlarından bir neçəsi İmam Əli(ə) adına irani-islami mərkəzdə müsəlman olmalıdır.