Nuhun(ə) gəmisinin İranda aşkar edilməsi iddia olunub
-
Nuhun(ə) gəmisinin İranda aşkar edilməsi iddia olunub
Bir qrup tədqiqatçı İranın şimal qərbində yerləşən Təxti-Süleyman dağında artıq daşlaşmış ağac tikələri üzərində araşdırmalar apararaq bu ağacların Həzrət Nuhun(ə) gəmisinə aid olduğunu bildiriblər.
" Arxeologiya, və müqəddəs kitabın araşdırılması müəssisəsi"-nin tədqiqatçıları iddia ediblər ki, Həzrət Nuhun(ə) gəmisinin Təxti-Süleyman dağının başında olmasına dəlalət edən güclü faktlar mövcuddur.
Bu araşdırmaçılar bildiriblər ki, 4500 metrlik hündürlükdə daşlaşmış ağac parçaları aşkar ediblər və araşdırmalardan sonra bu ağac parçalarında əslində dənizin üzərində yaşayan su canlılarının təsirləri barədə faktlar kəşf edilib.
Bu mövzu elə bir şəraitdə ortaya atılıb ki, indiyədək Azərbaycan Respublikası, Türkiyə və İranda Həzrət Nuhun(ə) gəmisinin yerinin müəyyənləşdirilməsi barədə çoxlu iddialar səsləndirilmişdir.