İran nanoda 4-cü yerdə durur
-
İran nanoda 4-cü yerdə durur
Nano texnologiyanın inkişafı mərkəzi gələn hicri şəmsi ilinədək nano məhsulların ixracatı sahəsində 1 milyardlıq paya malik olmağı planlaşdırır.
Nano texnologiya sənaye inqilabının 4-cü dalğasıdır və bütün elmi sahələri əhatə edərək sürətlə inkişaf etməkdədir. İran indiyədək bu sahədə böyük irəliləyişin şahidi olub.
Nano texnoligiya iqtisadi kompleksi nano texnologiya sahəsində yeniliklərin və təcrübələrin mübadiləsi və fikirlərin bölüşdürülməsi üçün bir mərkəzdir.
Nano texnologiyanın inkişafı mərkəzi nano texnologiyanın 6-cı iqtisadi yığıncağını keçirərək bu sahənin ən birincilərinin fəaliyyətini dəyərləndirib.
Zokayi: Biz polimerli nano kompozitlər sahəsində fəaliyyət göstərirk. Bu nanonun fəaliyyəti daha çox səsi cəzb edən borular, xalçaçılıq, ev ləvazimatları və palaz sənayesini əhatə edir.
Birincilərdən: Biz nano material istehsalında fəaliyyət göstəririk. Bu materialın təməlini metal və mis təşkil edir biz bu nano zərrəcikləri metala əlavə etməklə onun davamlılığını 4 qat artırırıq.
Nano texnologiyanın inkişafı mərkəzinin katibi Səid Sərkar: Hal-hazırda İranın nano texnoliji məhsullarının ixrac edildiyi coğrafiya geniş sahəni əhatə edir və əllidən çox ölkəyə biz məhsullarımızı ixrac edirik. İxracatımızın dəyəri 35 milyon dollar təşkild edir . Nano elmində 4-cü yeri tutduğumuz kimi nano iqtisadiyyatında da irəliləməyi qarşıya məqsəd qoymuşuq və proqramlaşdırmaya uyğun olaraq fəaliyyətlərimizi davam etdiririk. Gələn ilin sonunda 1 milyard dollarlıq bazarı planlaşdırırıq.