İranın futbol komandası Asiyada 1-ci, dünyada 29-dur
-
İranın futbol komandası Asiyada 1-ci, dünyada 29-dur
İranın futbol komandası Beynəlxalq Futbol Federasiyası- FIFA-nın cari noyabr ayındakı təsnifatına əsasən, Asiyada 1-ci olmaqda davam edir və bir pillə yüksəlişlə dünyada 29-cu pillədə durubdur.
FIFA-nın cari noyabr ayındakı təsnifatı göstərir ki, dünya üzrə milli futbol komandalaırnın əldə etdikləri nəticələrə əsasən, İranın futbol komandası ötən aya nisbətən bir pillə yüksələrək, 29-cü yerə qalxıbdır.
İranın futbol komandası oktyabr ayında 1478 xal ilə 30-cu yerdə dururdu.
İranın futbol komandası cari noyabr ayında Tehranda Trinidad və Tabaqonun futbol komandasını məğlub edə, Venesuela yığması ilə də bərabərə qala bildi.
Beynəlxalq Futbol Federasiyası- FIFA-nın cari noyabr ayındakı təsnifatına əsasən, Belçikanın futbol komandası Fransa və Braziiya komandalarını arxada qoyaraq, birinci yerdə durmaqda davam edir.