İran "döyüş atçılığı" üzrə beynəlxalq yarışların qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i328761-İran_döyüş_atçılığı_üzrə_beynəlxalq_yarışların_qalibi_olub
İranın atçılıq komandası "döyüş atçılığı" üzrə ikinci beynəlxalq yarışların qalibi olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 25, 2018 18:06 Asia/Baku
  • İran
    İran "döyüş atçılığı" üzrə beynəlxalq yarışların qalibi olub

İranın atçılıq komandası "döyüş atçılığı" üzrə ikinci beynəlxalq yarışların qalibi olubdur.

İranın Şiraz şəhərində keçirilən "döyüş atçılığı" üzrə beynəlxalq yarışlarda Polşa və Finlandiya komandaları ikinci və üçüncü olublar.

Yuxarı yaş qrupu üzrə fərdi yarışlarda İrandan olan Seyid Hoseyn Əsədi qızıl medal qazanıb, Macarıstan təmsilçisi Kristof Nemeti gümüş, Ana Sokoska isə bürünc medal əldə ediblər.

16 yaşından aşağı yaş qrupunda isə Fransa idmançısı Martin Opokes çempion olub. İran təmsilçiləri Mohəmməd Əmir Rəfii və Puya Daneşməndi də ikinci və üçüncü olublar.

"Döyüş atçılığı" üzrə ikinci beynəlxalq yarışlarda 18 ölkədən olan 40-dan çox atçı at üstündə oxatma, qılınc, nizə və kabak növlərində bir-biriləri ilə mübarizə aparıb.