Təbriz; İranın əczaçılıq qütbü
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i329034-təbriz_İranın_əczaçılıq_qütbü
İranın fəxrlərindən biri əczaçılıq sənayesindəki uğurdur, islam inqilabının qələbəsindən 40 il sonra ölkədə ehtiyac olan dərmanın 97 faizi daxildə istehsal olunur və Şərqi Azərbaycan ostanı 5 iri dərman istehsalı zavoduna malik olaraq ölkənin iczaçılıq qütbüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 28, 2018 18:07 Asia/Baku
  • Təbriz; İranın əczaçılıq qütbü
    Təbriz; İranın əczaçılıq qütbü

İranın fəxrlərindən biri əczaçılıq sənayesindəki uğurdur, islam inqilabının qələbəsindən 40 il sonra ölkədə ehtiyac olan dərmanın 97 faizi daxildə istehsal olunur və Şərqi Azərbaycan ostanı 5 iri dərman istehsalı zavoduna malik olaraq ölkənin iczaçılıq qütbüdür.

Şərqi Azərbaycan ostanı 5 iri dərman istehsalı zavoduna malik olaraq ölkənin iczaçılıq qütbü hesab olunur. Bura həmən zavodlardan biridir və ölkənin dərmana olan ehtiyacının 40 faizi burada təmin olunur. 

 Hal hazırda inyeksiya məmulatları sahəsində 70-dən çox çeşiddə insan üçün, eləcə də bir hissədə də heyvanlar üçün dərmanlar istehsal olunur. 

Şirkət öz istehsal məhsullarının bir hissəsini də qonşu ölkələrə eləcə də bəzi Aferika ölkələrinə ixrac edir və dərman ixracatı sahəsində də böyük paya malikdir. 

Hər il 40 milyon inyeksion butulkası, 12 milyon xəstəxana vialları və 140 milyon xalis su eləcə də şprislər istehsal edilir və bazara verilir. 

 Bizim yoxlamalar daha çox mikrob yoxlamaları, kimyəvi və fiziki yoxlamalardan ibarətdir. 

Burada 420 nəfər işlə məşğuldur və burada istehsal olunan malların 80 faizi son illərədək xarici ölkələrdən idxal edilirdi. 

Təbrizin Şəhid Qazi adında serum istehsalı fabrikası standart, məhsuldarlıq və istehlakçının hüquqlarına riayət baxımından nümunəvi istehsal bölmələrindən biridir. 

 Bu şirkət İSO9001, İSO14001 standartlarından əlavə İranda ilk dəfə olaraq peşə təhlükəsizliyi və səhiyyə baxımından 45001 standartını əldə edə bilmişdir. 

5 illik proqramla bu əczaçılıq zavodu ölkədə inyeksion məhsulları üzrə ən böyük istehsalçılardan birinə çevrilib.