İranlı alim Ümumdünya Elmlər Akademiyasının laureatı olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i330035-İranlı_alim_Ümumdünya_elmlər_akademiyasının_laureatı_olub
Əsas hüceyrələr üzrə iranlı tədqiqatçı Hoseyn Bəharvənd biologiya üzrə Ümumdünya Elmlər Akademiyasının 2019-ci il laureatı olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2018 18:33 Asia/Baku
  • İranlı alim Ümumdünya Elmlər Akademiyasının laureatı olub
    İranlı alim Ümumdünya Elmlər Akademiyasının laureatı olub

Əsas hüceyrələr üzrə iranlı tədqiqatçı Hoseyn Bəharvənd biologiya üzrə Ümumdünya Elmlər Akademiyasının 2019-ci il laureatı olub.

Ümumdünya Elmlər Akademiyasının İtaliyanın Trist şəhərində keçirilən 14-cü ümumi və bu akademiyanın Baş Assambleyasının 28-ci iclasında iranlı alim doktor Hoseyn Bəharvənd əsas hüceyrələr sahəsindəki təsirli roluna görə, bu mükafata layiq görülüb.

Hoseyn Bəharvəndin iftixarlarından biri, 2014-cü ildə UNESCO-nun beynəlxalq mükafatının laueratı olmasıdır.

Həmçinin bu iranlı alim 2017-ci ildə mötəbər "The Niche" saytı tərəfindən dünya səviyyəsində əsas hüceyrələr sahəsindəki 20 təsirli şəxsdən biri kimi təqdim olunubdur.

Ümumdünya Elmlər Akademiyasının 2019-ci il mükafatı gələn il bu akademiyanın ümumi toplantısı zamanı keçiriləcək mərasimdə Hoseyn Bəharvəndə təqdim olunacaqdır.