Dörd fəsil tarlası
-
Dörd fəsil tarlası
Əkinçilik son onilliklərdə diqqətəlayiq irəliləyişlərə malik olub. Belə ki, minimum yer ilə maksimum və ən yaxşı məhsulları bazara göndərirlər.
Burada ilin bütün fəsillərində əkin və biçin var.
Müsahibə: İstiliyə və rütubətə nəzarət və qidalanma tamamilə elektron və avtomatik surətdə həyata keçir.
Və əkin proqramı sərhədlərin o tayındakı bazarın ehtiyacı ilə ahəngdardır. Məhsulların səksən faizi Rusiya, əmirliklər və Qətər kimi müxtəlif ölkələrə ixrac olunur. Bu əkin sahəsinin məhsullarının keyfiyyəti istixananın mexaniki olmasına və yetişdirmə tərzinə görə, daha çox qalma xüsiyyətinə və çox gözəl dada malikdir. Lorestan vilayətinin kənd təsərrüfatı və sənaye idarəsinin hidroponik istixanası əlli hektarlıq əraziyə malikdir ki, onun ilk bloku on hektarlıq genişlikdə istifadəyə verilib və onda 150 kənd təsərrüfatı eksperti məşğuldur. Bu kompleksin ekspertlərinin dediklərinə görə, proqnoz edilir ki, bu fəsil üçün təqribən 4500-5000 ton istehsala malik olmalıdırlar və bütün blokların istifadəyə verilməsi ilə bu rəqəm otuz min ton olacaqdır.
Müsahibə: Müqavimət iqtisadiyyatının döyüş meydanı elə bura, istixanadır ki, ölkənin çətin sanksiyalarda qərar tapdığı bir dövrdə ixracat həyata keçirə və arzuya malik ola bilərik.
Səth bölməsində sıxlığın artması, əkin mühitinin torpaq mikroblarından təmiz olması, zərərli orqanizmlərə və xəstəliklərə nəzarət, müxtəlif iqlimlərdə bitkinin yetişdirilməsi imkanı hidroponik və ya torpaqsız əkinin məziyyətlərindəndir
Müsahibə: Bu üsulda su istehlakının miqdarı açıq və ənənəvi əkinlə müqayisədə on beşdə bir dəfə az və istehsal miqdarı iyirmi dəfə çoxdur.
Əkinçilik son onilliklərdə nəzərəçarpacaq irəliləyişlərə malik olub və gələcək əkin sahələri Lorestan vilayətinin elə bu istixanası kimi olacaqdır.