Əl-Aləmin müxbiri yaralanıb
Dek 15, 2018 08:56 Asia/Baku
-
Əl-Aləmin müxbiri yaralanıb
Əl-Aləm telekanalının müxbiri Səra Əl-Bəhisi telekanallar canlı bağlantı yaradarkən işğalçı sionist hərbçilər tərətindən hədəfə alınaraq yaralanıb.
Sionist hərbçilər Əl-Aləm telekanalının xəbərlər kollektivini hədəfə almaqla qayıdış yürüşü ilə əlaqədar xəbərlərin yayılmasına mane olmaq istəyiblər. Əl-Aləm telekanalının yaydığı canlı videolara görə, bu telekanalın müxbiri əynində jurnalist geyimi olarkən sionist hərbçilər tərəfindən plastik mərmi ilə hədəfə alınıb və yaralanıb.