İranlı mütəxəssislər implant diş texnologiyasına yiyələniblər
-
İranlı mütəxəssislər implant diş texnologiyasına yiyələniblər
İranlı mütəxəssislər hər bir sahədə olduğu kimi implant diş sahəsində də daxili tələbatı təmin etmək və xarici məhsullardan asılılığı azaltmaq üçün yerli imkanları dəyərləndirməyə çalışırlar.
Bura İranın yeganə implant diş təchizatları istehsal edən zavodudur.
“Müxtəlif növ fikçerlər, laboratoriya təchizatları və cərrahiyyə əməliyyatı üçün kitlər daxil olmaqla 198 növ məhsul istehsal edirik.”
Bu şirkətin məhsulları beynəlxalq və milli standartlara da cavab verir.
“Bizim məhsullarımız Avropa, Amerika və milli standartlara cavab verir. Və yüksək keyfiyyətə malikdirlər.”
Xarici məhsulların qanunsuz idxalı isə bu şirkətin işini bir qədər çətinləşdirib.
“Qanunsuz yolla ölkəyə gətirilən və ya bəzən ölkə daxilində qanunsuz şəkildə istehsal edilən məhsullar bizim məhsullarımızın tanınmasına imkan vermir.”
Bu kamil bir implant paketidir. Qiyməti isə təqribən 50 dollardır. Bunun xarici nümunələri də var?
“Bəli, cənub-şərq Asiya istehsalı olan nümunələri təqribən 100 dollardır. Fransa və İsveçrə istehsalı olanların qiyməti isə təqribən 200 dollardır.”
Bu zavodun məhsulları Asiya istehsalı olan məhsullardan daha keyfiyyətlidir.
“Keyfiyyətini həkimlərdən soruşun”
Tanınmış diş həkimlərindən olan Dr.Muizinin yanına getdik. Bacarıqlı və təcrübəli bir həkim.
“Mən indiyə kimi qırxa yaxın xəstəm üçün bu implant dişlərdən istifadə etmişəm. Xoşbəxtlikdən indiyə kimi heç bir şikayət və ya problem ilə üzləşməmişəm. Bu da məhsulun keyfiyyətli olmasından qaynaqlanır.”
Əmin olmaq üçün Tibb Universitetinin diş klinikasına müraciət etdik.
“Keyfiyyəti çox yaxşıdır. Bu məhsul titandan hazırlanıb. Və bir çox tanınmış xarici şirkətlər də öz məhsullarının istehsalında elə bu maddədən istifadə edirlər. Bəzilərinin keyfiyyəti hətta bundan da aşağıdır.”