İran odadavamlı kütlələr istehsalı texnologiyasına yiyələnib
Dek 21, 2018 17:01 Asia/Baku
-
İran odadavamlı kütlələr istehsalı texnologiyasına yiyələnib
İran tədqiqatçıları odadavamlı kütlələr istehsalı texnologiyasına yiyələniblər.
İzolyasiya maddələri və odadavamlı maddələr formalı odadavamlı maddə, kərpic və formasız odadavamlı maddə şəklində müxtəlif sənaye sahələrində istifadə olunur.
İranda izolyasiya maddələri və odadavamlı maddələrin istehlak miqdarı hazırda ildə 440 min tondur.
İdxal olunan odadavamlı kütlələrin istehsalı texnologiyasını öyrənmə, daxili xammaldan maksimum istifadə, iqtisadi asılılığın və valyutanın ölkədən çıxmasının azalması və iş yerlərinin yaradılması iranlı tədqiqatçıların nail olduqları bu layihənin əsas özəlliklərindəndir.
Odadavamlı kütlələr daha çox dəmir və polad sənayesi, sement sənayesi, neft-kimya sənayesi və qeyri-dəmir sənayesində işlədilir.