Xurma məhsulları
-
Xurma məhsulları
İranın cənub vilayətləri neftlə münbit olmaqdan əlavə, xurmalıqlarla da məşhurdurlar. Son illərdə onların xurmadan əlavə, digər məhsulları da dünya bazarlarına çıxıbdır.
Hormozqan həmişə insanların ağzını şirin edir. Yayda xurma, digər fəsillərdə də xurma məhsulları ilə. Bu, xurma şirəsi, İranda ən yaxşı xurma şirəsidir. Təkcə Hormozqandakı bir zavodda xurmadan 20 məhsul emal olunur: Xurma şirəsi, xurma kremi, xurma sousu, xurma tozu və şirin xurmadan ibarət olan xurma məhsullarını qablaşdırmaqdayıq.
Əlbəttə, uzun illərdir ki, iranlı zövqü xurma məhsulları ilə şirinləşibdir: Biz gündə on-on beş ton xurma xəmiri istehsal edirik.
Hormozqanın xurma məhsullarının yüksək keyfiyyəti onların bazarda bəyənilməsində böyük rol oynayır. Palma və xurma İranın cənub tarixində çox bərəkətlidir. Həm xurmalıqlarda iş yeri yaradır, həm də zavodlarda: Bura xurma məhsullarının qablaşdırılması salonudur. Mən üç ildir, burada işləyirəm və işimdən razıyam.
Bu şirin məhsullar dünya bazarlarına çıxıbdır: Bizim məhsulların 60 faizi İndoneziya, Yaponiya, İngiltərə, Rusiya, Amerika və Kanadaya ixrac olunur. Onun valyuta dəyəri iki milyon dollara çatıbdır.
Hormozqan xurmasının 55 növü hələ xam formada bazara təqdim edilir. Daha artıq investisiya ilə daha artıq xurma məhsulları istehsal ediləcək və sanksiya şəraitində ən yaxşı valyuta gətirən məhsul olacaqdır.