"İmam Əli(ə) Quran Evin" adlı 12-ci Quran müsabiqəsinin qalibləri mükafatlandırıldılar
-
"İmam Əli(ə) Quran Evin" adlı 12-ci Quran müsabiqəsinin qalibləri mükafatlandırıldılar
Qum şəhərində keçirilən İmam Əli(ə) Quran Evi adlı 12-ci Quran müsabiqəsi qaliblərin mükafatlandırılması ilə başa çatıb.
"Adım Zəhra Rəcəbidir. Qəzvin vilayətindənəm. 16 yaşa qədər olanlar arasında 2-ci olmuşam."
"Adım Amena Moxaffardir. Xuzestan vilayətindən. Təhqiq üzrə üçüncü olmuşam."
Bu müsabiqə ölkə səviyyəsində 5300 qadının iştirakı ilə keçirilib.
"800 nəfər hafizlik, 3050 nəfər 10 cüzün, 900 nəfər isə 20 cüzün əzbərlənməsi, qalan iştirakçılar isə tərtil və qiraət bölmələri üzrə rəqabət aparıb."
Milli və beynəlxalq səviyyəli iştirakçıların da qatılması bu ilki müsabiqənin əsas xüsusiyyətlərindən olub.
"Yeddi yaşımdan Quranı əzbərləməyə başlamışam. 10 yaşımda Quranı tam şəkildə əzbərləyib, qurtardım. Quran kurslarında Ustad Minşavinin tilavəti ilə Quranın əzbərləyirdim. Daha sonra da onun mənası ilə tanış olurdum."
"Mən Vəqflər müsabiqəsində, Quran Hafizi bölməsində ölkə üzrə birinci olmuşam. Birləşmiş Ərəb Əmirliklərində keçirilən beynəlxalq yarışlarda da ən yaxşılar arasındaydım."
"Quran-Kərimin hər bir kəlməsi adamın əti, qanı ilə birləşsin".
Dini Elmlər Hövzəsi Şurasının katibi Ayətullah Hüseyni Buşehri bu mərasimdə Quran ilə ünsiyyətin ürəyə səfa və nuranilik bəxş etdiyini bildiirib və deyib: Əgər ailələr öz övladları ilə Quran arasında hələ uşaqlıq dövründən ünsiyyət yaradarlarsa, şübhəsiz övladları ictimai zərbələrdən qorunmuş olacaqlar."
Bu ilki müsabiqədə iştirak edənlərin sayı ötən il ilə müqayisədə 10% daha çox olub. Tezliklə oğlanlararası Quran müsabiqəsi də keçiriləcək.