İran elmin istehsalında regionda birincidir
Dek 23, 2018 15:28 Asia/Baku
-
İran elmin istehsalında regionda birincidir
İranın səhiyyə nazirinin müavini deyib: İran İslam Respublikası elmin istehsalı üzrə regionda birincidir.
İRNA-nın məlumatına görə, Rza Məlikzadə 19-cu Əbu Reyhan Biruni festivalında İranın elmi məqalələrin istehsalı üzrə 15-ci yerdə durduğunu deyərək, bildirib: Hazırda İranın 29 universiteti Tayms müəssisəsinin reytinq cədvəlindədir. Halbuki, keçmişdə sadəcə bir İran universitetinin adı bu siyahıya daxil edilmişdi.
İranın səhiyyə nazirinin müavini cənab Məlikzadə əlavə edib: İran İslam Respublikası sağlamlıq və səhiyyə baxımından da dünyanın bir çox ölkəsindən daha yaxşı vəziyyətə malikdir və İranda fəaliyyət göstərən 3500 elm təməlli şirkətin təqribən 1100-ü sağlamlıq və səhiyyə sahəsində fəaliyyət göstərir.