Qonabad zəfəranı dünya irsi kimi qeydə alındı
-
Qonabad zəfəranı dünya irsi kimi qeydə alındı
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO Qonabadda zəfəranın kəhriz suyu ilə suvarılaraq becərilməsi metodunu dünyanın kənt təsərrüfatı irsi olaraq qeydə alıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO Qonabadda zəfəranın kəhriz suyu ilə suvarılaraq becərilməsi metodunu dünyanın kənt təsərrüfatı irsi olaraq qeydə alıb.
FAO bildirdiyinə görə yüksək keyfiyyəti, kəhriz suyu ilə suvarma sistemi, kəndlərdə ailələrin qida təhlükəsizliyinin təmin edilməsindəki rolu, ekoloji çeşidlilik , yerli bilik və ənənəvi əkinçilik metodur Qonabad zəfəranını dünyanın kənd təsərrüfatı irsi kimi qeydə alınmasında təsirli rola malik olub.
FAO-nun kənd təsərrüfatı irsi üzrə koordinatoru Yuşi Hid Endo İRİB-nin Romadakı müxbirinə verdiyi eksklüziv müsahibədə deyib: "İran xalqını bu ölkədə zəfəranın becərilməsi metodunun dünyanın kənd təsərrüfatı irsi kimi FAO tərəfindən qeydə alınması münasibəti ilə təbrik etmək istəyirəm."
O həmçinin deyib: "Bu, zəfəranın becərilməsi sahəsində qədim keçmişə malik olan iranlı əkinçilər üçün böyük bir qələbə sayılır. Onlar ağıl, zəka və kəhriz üsulu ilə suvarma sistemindən faydalanmaq yolu ilə zəfəranın yetişdirilməsində yüksək keyfiyyət və məhsuldarlıq əldə etməyi bacarıbalr."
İranın FAO-dakı daimi nümayəndəsi Məhəmməd Hüseyn İmadi də kəhriz suyu ilə suvarma metodundan istifadə edərək zəfəranın yetişdirilməsinin FAO tərəfindən dünyanın kənd təsərrüfatı irsi olaraq qeydə alınmasını İran zəfəranı üçün növbəti uğur adlandırıb və deyib: "İran zəfəranının FAO tərəfindən davamlı əkinçilik sistemi kimi qeydə alınması İranın zəfəran sənayesi üçün böyük bir uğur hesab olunur. Bunun ilk əhəmiyyəti dünyanın ən böyük zəfəran istehsalçısı olaraq İran zəfəranına etibar qazandırmaqdır. İkinci əhəmiyyəti isə beynəlxalq təşkilatlar tərəfindən tanındığı üçün İran zəfəranının əlavə dəyər qazanmasıdır. Şübhəsiz bu məsələ İranın zəfərandan daha artıq gəlir əldə etməsinə səbəb olacaq. Üçüncü əhəmiyyəti isə beynəlxalq təşkilatların xüsusilə də FAO-nun İrana elmi-mütəxəssis dəstəyinin artmasıdır. Bununla da biz ölkə daxilində davamlı istehsal sistemini formalaşdıra bilərik."
FAO-nun hesabatında deyilir: Qonabad zəfəranı İrana məxsus dəyərli məhsullardan biri sayılır. İranın zəfəran istehsalı və ixracı sahəsindəki payı bu məsələyə dəlalət edən faktlardan biridir. Belə ki, İran digər zəfəran istehsalçıları arasında dünyanın lider ölkəsi hesab olunur.
FAO həmçinin bildirib: İranın Xorasan vilayəti dünyanın ən iri zəfəran istehsalçısıdır.