Əmmar xalq film festivalının çırağı yandırılıb
-
Əmmar xalq film festivalının çırağı yandırılıb
9-cu Əmmar xalq film festivalının açılış mərasimi Tehranda altı bölmə üzrə qaliblərin təqdimatı ilə işə başlayıb.
Vəhid Cəlili- Əmmar film festivalının katibi:
İslam İnqilabı İran kinosunda böyük dəyişiklik yaratdı. Şah dövründəki bayağı və çirkin kinonu dəyişərək, olduqca geniş bədii-texniki imkanlara malik güclü kinoya çevirdi və bu gün İslam İnqilabının 40 illiyində dünya kinosu sahəsində güclü olan 10-12 ölkə sırasında dururuq.
Bu festivalda 350 bədii əsər, 850 sənədli əsər, klip, televiziya verilişi, ssenari, bizim film və səkkiz animasiya filmi kimi bölmələr dəyərləndirilib və 2130 əsər arasında bu bölmələrin qalibləri təqdim olunublar.
Müsahibə: Adım Əli Fəlahətdir və bu festivalda klip bölməsində qızıl fonar almağa müvəffəq olmuşam. Bu klip Şəhid Höccətinin şəhadətinin ildönümü günü münasibəti ilə hərəm müdafiəçiləri xüsusiyyət təşkil etməklə bütün şəhid övladlarına təqdim olunub.
İndi isə bu festivalda irəli sürülən mövzular:
İslami və beynəlxalq oyanış
İranın müasir tarixi
İqtisadi müharibə
diskussiyadaxili tənqid
yumşaq müharibə və qəhrəman xalq
Vəhid Cəlili- Əmmar film festivalının katibi:
Dindarlıq iddiaçılarından bəzilərinin gerilik baxışları ilə son on-iyirmi ildəki rəftar və təzyiqləri din barədə qara və çirkin bir təsvir nümayiş etdirdi. Və ümumiyyətlə onlar bizim incəsənətimiz və yeni medialar ilə müxalifdirlər.
Festivalın müxtəlif bölmələrinin mükafatlarının bir qrup şəhid ata və anaları tərəfindən təqdim olunması və məscidlər, mədəniyyət sarayları və mədəni məkanlar kimi müxtəlif məkanlarda xalq ekranı bu festivalın özəlliklərindən sayılır.
Bəlkə belə bir sual yaranmış olsun ki, nə oldu ki, bu festival on il bundan öncə start götürdü.
Vəhid Cəlili- Əmmar film festivalının katibi:
İran İslam Respublikası kinosunun bir hissəsi diqqətdən yayınır. Əmmar festivalı bu bölməni həm Qərb festivallarının, həm də qərbyönümlü daxili festivalların senzuraları və boykotlarının uçqunları altından çıxarmaq üçün əlindən gələni edir.
9-cu Əmmar film festivalının çırağı 2019-cu il yanvarın onunda sönəcəkdir.