İranlı alimlər nüvə biliyi ilə zərərverici həşəratı aradan götürməyə müvəffəq olublar
-
İranlı alimlər nüvə biliyi ilə zərərverici həşəratı aradan götürməyə müvəffəq olublar
İranlı alimlər nüvə biliyi ilə aralıq dənizi milçəyi həşəratını aradan götürməyə müvəffəq olublar.
İllər boyudur ki, Mazandaran bağbanları bu həşəratdan xəsarətə düçar olurlar. Aralıq dənizi meyvəsi milçəyi kimi həşərat. Çağırılmamış qonaq 1354-cü günəş ilində İran bağlarına qonaq oldu.
Bağban: Bu tələlərin quraşdırılması ilə də bu milçəyin xəsarətlərinin qarşısını ala bilmədik.
Bu həşərat Mazandaran bağlarına ildə bir trilyon 500 milyard tümən xəsarət vurur.
Ekspert: Bağ doxsan faizədək ziyan çəkir. Kimyəvi metodlarla xəsarətin miqdarı azalır.
Bu həşəratla mübarizə üsullarından biri, zəhərlərdən istifadədir. Onların idxalatı üçün ildə beş yüz milyard tümən xərc çəkilir.
Amma Mazandaran əkinçilik şirkətinin ekspertləri texniki üsulla bu həşəratı nəzarətə ala biliblər.
Ekspert: Nəsil artırmayan həşəratlardan aralıq dənizi milçəyinə nəzarət üçün istifadə olunur. Doktor Əhmədi adlı bir şəxs nüvə biliynə nail olub. Bu texniki üsulda birinci mərhələ, bulanmış meyvənin toplanmasıdır.
Doktor Əhmədi: Bulanmış meyvələri məcməyiyə yığırıq. Pupaları şüşə otağa köçürürük. Yarıqlarda yumurtlayırlar və yumurtalar xüsusi qablar vasitəsilə alınır.
Aralıq dənizi milçəyinin yumurtası yetişmək üçün münasib şəraitdə yerləşir. Sonda pupaya çevrilir və ona nüvə biliyinə əsasən, şüa verirlər ki, pupa qısırlaşsın.Şüalanmış pupalar bir neçə etapda bağa köçürülürlər. Milçək yaşaya, yumurta qoya bilər, amma o, daha qısırlaşıbdır.
Bağban: İndi bu həşəratlarla mübarizə üzrə xərclərimiz 0,1 faiz azalıbdır.