İran qır istehsalı texnologiyasına yiyələnib
Yan 20, 2019 07:41 Asia/Baku
-
istehsalı texnologiyasına yiyələnib
İranlı mütəxəssislər ilk dəfə olaraq beynəlxalq standartlara uyğun olan PG+ adlı qır istehsal etməyə nail olublar.
İRİB-nin verdiyi məlumata görə, bu növ qırdan yolların asvaltlanmasında istifadə edilir. Bu növ qır hərəkət sıxlığına uyğunlaşmaq qabiliyyətinə malikdir. Belə ki, normal, ağır, çox ağır və həddindən çox ağır hərəkət sıxlığına uyğun olaraq istehsal olunur. Bu yeni məhsuldan yolların asvaltlanmasında istifadə edilərsə, asvalt örtüyünün ömrü xeyli artmış olar.
PG texnologiyasına uyğun qırın istehsal edilməsi təqribən 4 il öncə İranda mövcud olub. BU növ qırın istehsal edilməsi isə İranı daha müasir texnologiyaya yiyələnmiş edib.
PG+ qırı hazırda İranda kütləvi istehsala başlanıb.