Asiya Futbol Çempionatı; İran yarımfinal mərhələsində
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i333178-asiya_futbol_Çempionatı_İran_yarımfinal_mərhələsində
İranın milli futbol komandası Çin komandasını 3-0 hesabı ilə məğlub edərək, Asiya Futbol Çempionatının yarımfinal mərhələsinə yüksəlib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 25, 2019 07:22 Asia/Baku
  • İran yarımfinal mərhələsində
    İran yarımfinal mərhələsində

İranın milli futbol komandası Çin komandasını 3-0 hesabı ilə məğlub edərək, Asiya Futbol Çempionatının yarımfinal mərhələsinə yüksəlib.

İran və Çin komandaları Asiya Çempionatının dörddəbir finalmərhələsində cümə axşamı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dəbi şəhərindəki Məhəmməd Bin Zaid stadionunda qarşılaşıblar. Bu qarşılaşmada İran komandası rəqibini 3-0 hesabı ilə məğlub edərək, yarımfinal mərhələsinə yüksəlib. 

İran komandası üçün vurulan qolların müəllifləri Mehdi Tarimi, Sərdar Azmun və Kərim Ənsarifərd olub. 

İran komandası 17-ci Asiya Çempionatının final mərhələsin yüksəlmək üçün bazar ertəsi günü Yaponiya komandasının öhdəsindən gəlməlidir. 

İranın futbol komandası indiyə kimi 3 dəfə Asiya çempionu olub.