İranda əks göstəricisi olmayan dəmir kapsulaları istehsal edildi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i333516-İranda_əks_göstəricisi_olmayan_dəmir_kapsulaları_istehsal_edildi
İranlı mütəxəssislər dəmir azlığına qarşı yeni dərman preparatının kütləvi istehsalına başlayıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2019 17:16 Asia/Baku
  • İranda əks göstəricisi olmayan dəmir kapsulaları istehsal edildi
    İranda əks göstəricisi olmayan dəmir kapsulaları istehsal edildi

İranlı mütəxəssislər dəmir azlığına qarşı yeni dərman preparatının kütləvi istehsalına başlayıblar.

İRİB-nin bildirdiyinə görə, ion tərkibli dəmir kapsulalarının ixtiraçısı bu yeni dərman preparatının təqdimatı mərasimində deyib: Bu dərmanın hazırlanması üçün 12 ildən çox araşdırmalar aparılıb və hazırda bu dərmanın istehsal prosesi İranda təkmilləşdirilib.

Ümid Rəcəbinin dediyinə görə, bu dərman tamamilə bitki tərkiblidir.

Rəcəbi həmçinin deyib: Bir çox insan dəmir azlığına qarşı dərmanlardan istifadə edirlər. Amma, bu dərmanlar dişlərə və həzm sisteminə mənfi təsir buraxır. Halbuki, yeni dərman ion tərkibli olmasına görə, bu mənfi təsirlərə malik deyil.