İranlı xalça ustası Həbib Təbrizinin barmaqlarından süzülüb gələn misilsiz naxışlar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i333519-İranlı_xalça_ustası_həbib_təbrizinin_barmaqlarından_süzülüb_gələn_misilsiz_naxışlar
Yeddi yaşından xalça toxumağa başlayan və 3 ay ərzində mahir ustaya çevrilən Həbib Təbrizi bu gün 73 yaşında olmasına baxmayaraq, yenə də ilk gündə olduğu kimi öz peşəsini həvəslə davam etdirərək, bir-birindən dəyərli əsərlər yaradır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 29, 2019 18:12 Asia/Baku
  • İranlı xalça ustası Həbib Təbrizinin barmaqlarından süzülüb gələn misilsiz naxışlar
    İranlı xalça ustası Həbib Təbrizinin barmaqlarından süzülüb gələn misilsiz naxışlar

Yeddi yaşından xalça toxumağa başlayan və 3 ay ərzində mahir ustaya çevrilən Həbib Təbrizi bu gün 73 yaşında olmasına baxmayaraq, yenə də ilk gündə olduğu kimi öz peşəsini həvəslə davam etdirərək, bir-birindən dəyərli əsərlər yaradır.

İran xalçası. Bu gözəl naxışlar usta sənətkarın barmaqlarından süzülüb gəlir. 

Usta Həbib Təbrizi: “Hər ilməni vurarkən çıxan bu səslər bizim üçün sanki bir musiqidir. Ömrüm bu səsi dinləməklə keçib. Bu səs mənim ruhumdur”

Hazırda 73 yaşı olan usta Həbib Təbrizi 7 yaşından xalça toxumaqla məşğuldur. Onun xalçaları özünəməxsusluğu ilə seçilir.

“Üç ay ərzində mahir ustaya çevrildim və 13 yaşında İranda qabarıq xalçanın bünövrəsini qoymuşam”

Özünəməxsus naxışları gözlərim önündə “Şahnaməni” canlandırdı

“Bunlar Firdovsinin “Şahnaməsi”nə məxsusdur. Xalçanın mərkəzində Firdovsinin məqbərəsi və fotoşəkili yer alır. Xalçanın kənarlarında isə Rüstəmin “həftxanı”, onun döyüşləri öz əksini tapır.”

Usta Həbib Təbrizi bu əsərində 3500 rəng çalarından istifadə edib.

“Neçə ilmə olduğunu dəqiq bilmirəm. Amma, 5 milyondan çox olmalıdır.”

Usta Təbrizi öz yeni əsərini isə “İran” mövzusuna həsr edib.

“Bu xalçalar əsasən xaricə göndərilir. Qoy görsünlər ki, İranda necə mahir ustalar var.”

Və İran xalçası dünyadakı şöhrətini də elə usad Təbrizi kimi sənətkarlara borcludur.