Afinada "İranşünaslıq sərgisi"
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i333911-afinada_İranşünaslıq_sərgisi
Yunanıstanın paytaxtı Afina şəhərində bir qrup iranlı sənətkarın əsərlərindən ibarət sərgi təşkil edilib. İran səfirliyinin mədəniyyət attaşeliyinin təşəbbüsü ilə keçirilən bu sərgi İslam İniqlabının qələbə çalmasının 40 iliyinə həsr edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 03, 2019 12:51 Asia/Baku
  • Afinada
    Afinada "İranşünaslıq sərgisi"

Yunanıstanın paytaxtı Afina şəhərində bir qrup iranlı sənətkarın əsərlərindən ibarət sərgi təşkil edilib. İran səfirliyinin mədəniyyət attaşeliyinin təşəbbüsü ilə keçirilən bu sərgi İslam İniqlabının qələbə çalmasının 40 iliyinə həsr edilib.

İran səfirliyinin mədəniyyət attaşesi İslam İnqilabının tarixi önəminə təkid edərək, bu sərgidə Yunanıstan vətəndaşları İran xalqının yaşamı ilə bağlı fərqli anları özündə əks etdirən görüntülər və rəsm əsərlərinə baxış keçirdiklərini bildirib.

Əli Məhəmməd Helmi – İranın Yunanıstandakı səfirliyinin mədəniyyət attaşesi:“İslam İnqilabından sonra İran gücləndi. İranda incəsənət əsərlərinin sayı artdı. Bu məsələ sənətkarların daha da aktivləşməsinə səbəb oldu. Portretlər iranlı rəssamların bacarıqlarından sadəcə biridir. Bu gün bu sərgidə həmin əsərlərdən 80-ni nümayiş etdirilir. Yunanlar İran mədəniyyəti və incəsənətini sevirlər."

Bu sərgidə nümayiş etdirilən əsərlər sadəcə İranda baş vermiş keçmiş hadisələri xatırlatmır. Əksinə, müasir dövrə aid olan hadisələri, İran və Yunanıstan arasındakı ortaq tarixi olayları da əhatə edir.

İran İslam İnqilabının qələbə çalmasının 40-cı ildönümü İran mədəniyyəti, onun zəngin çalarları habelə, icəsənət sahəsindəki beynəlxalq tənqidi yanaşmalar ilə yaxından tanış olmaq fürsəti yaradıb.

 

Həsən Seyfi – İranlı rəssam: “Zamanın istənilən kəsimində sənətkarlar dövrün önəmli hadisələrindən ilham alaraq, o anı ölümsüzləşdirməyə çalışırlar. İranda İslam İnqilabının qələbə çalmasından ötən 40 ildə sənətkarlar müşahidə etdikləri reallıqları təsvir etmək üçün yaxşı fürsətə malik olublar. Bu sərgidə nümayiş etdirilən əsərlər, İran mədəniyyətini tanıtdırmaq üçün yaxşı fürsət sayılır. Sənətkarın çətin anlarda daha da yaradıcı olduğu bir gerçəklikdir.”

Bu sərgi məhdud miqyasa malik olsa da, sərgidə nümayiş etdirilən əsərlər dərin mənalara malikdirlər. Əsərləri bu sərgidə nümayiş etdirilən sənətkarların bir çoxu bəşəriyyət üçün ümid, inkişaf və insanlıq müraciətinəmalik olublar.

İran İslam İnqilabı siysi, dini və mənəvi çalarlara malikdir. İslam İnqilabının mahiyyəti həqiqi bir incəsənətin inqilabçı hədəfdən necə ilham aldığını bizə xatırladır. Belə olduqda insan incəsənəti bir ictimai hərəkət olaraq görür və yaradılan əsərlər təqliddən daha üstün bir anlam kəsb edərək, təkamülün necə bir yaradıcılıq prosesi olduğunu bizə bəyan edir.