İranlı uşaqlar Bolqarıstan rəsm müsabiqəsində uğurlar qazanıblar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i334976-İranlı_uşaqlar_bolqarıstan_rəsm_müsabiqəsində_uğurlar_qazanıblar
İranda uşaqlar və yeniyetmələr üçün intellektual inkişaf mərkəzinin üzvləri Bolqarıstanın Bansko şəhərində keçirilən beynəlxalq rəsm müsabiqəsində qızıl, gümüş və bürünc medallar, eləcə də fəxri diplom qazana biliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2019 06:35 Asia/Baku
  • uşaqlar Bolqarıstan rəsm müsabiqəsində uğurlar qaza
    uşaqlar Bolqarıstan rəsm müsabiqəsində uğurlar qaza

İranda uşaqlar və yeniyetmələr üçün intellektual inkişaf mərkəzinin üzvləri Bolqarıstanın Bansko şəhərində keçirilən beynəlxalq rəsm müsabiqəsində qızıl, gümüş və bürünc medallar, eləcə də fəxri diplom qazana biliblər.

"Dostlarla yanaşı, şənlik və şadlıq" mövzusu ilə keçirilən Bansko beynəlxalq rəsm müsabiqəsində 53 ölkədən gəlmiş 6610 əsər arasında İranda uşaqlar və yeniyetmələr üçün intellektual inkişaf mərkəzinin üzvlərinin 23 əsəri qızıl, gümüş və bürünc medallar, eləcə də fəxri diplom qazana bilibdir.

Bu müsabiqəyə çağırış 2017-ci ildə verilmişdi və 2019-cu ilin fevralında qaliblərin adları elan olundu.