İran əl işləri sənayesi məhsulları istehsalı sahəsində dünyada 3-cü ölkədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i335116-İran_əl_işləri_sənayesi_məhsulları_istehsalı_sahəsində_dünyada_3_cü_ölkədir
İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının sədri deyib ki, İran əl işləri sənayesi məhsulları istehsalı sahəsində dünyada 3-cü, bu sənaye üzrə beynəlxalq adların qazanılması sahəsində isə birinci ölkədir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 19, 2019 09:08 Asia/Baku
  • İran əl işləri sənayesi məhsulları istehsalı sahəsində dünyada 3-cü ölkədir
    İran əl işləri sənayesi məhsulları istehsalı sahəsində dünyada 3-cü ölkədir

İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının sədri deyib ki, İran əl işləri sənayesi məhsulları istehsalı sahəsində dünyada 3-cü, bu sənaye üzrə beynəlxalq adların qazanılması sahəsində isə birinci ölkədir.

İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının sədri Əli Əsğər Munesan İranın mərkəzində yerləşən və “zili” üzrə beynəlxalq şəhər sayılan Meybod şəhərində əl işləri sənayesi üzrə beynəlxalq şuranın Asiya və Okeaniya məntəqəsinin sədri sədri Qəda Hicavinin iştirakı ilə keçirilən “Seçim şənliyi” mərasimində deyib ki, İran dünyada əl işləri sənayesi məhsulları istehsalı sahəsində çeşidlilik baxımından 3-cü, beynəlxalq şəhər və kəndlərin qeydə alınmaları cəhətdən isə birinci ölkədir.

İran Mədəni İrs, Əl işləri sənayesi və Turizm Təşkilatının sədri əlavə edib: Səkkiz şəhərin və iki kəndin qeydə alınması ilə dünyada birinci yerdə dururuq. Çin altı şəhər və kəndin, Çili isə dörd şəhər və kəndin qeydə alınması ilə sonrakı yerlərdə dururlar.