İranda pis xassəli beyin şişlərinin müalicə metodu ixtira olunub
-
İranda pis xassəli beyin şişlərinin müalicə metodu ixtira olunub
İranda Şəhid Beheşti adına Tibb Elmləri Universitetinin rektoru deyib ki, bu universitetin tədqiqatçıları dünyada ilk dəfə olaraq pis xassəli beyin şişlərinin müalicə metodunu ixtira edə biliblər.
Mohəmməd Ağacani bildirib ki, bu universitetin araşdırma mərkəzlərindən biri təcrübəli müəllimlərdən bəhrələnərək, son zamanlar son dərəcə pis xassəli və əlacsız şişlərin müalicəsi üzrə modern bir metod ixtira edə bilibdir.
Ağaxani vurğulayıb ki, bu problemə düçar olan xəstələr həmin modern üslubdan bəhrələnəcəklər. O, əlavə edib: Bu metod xəstələrdən bir qrupunun müalicəsində yaxşı nəticələr veribdir.
Ağaxani deyib: Əlacsız xəstəliklərdən biri, pis xassəli beyin şişləridir ki, bu şişlərin bəziləri hazırda heç bir təsirli müalicəyə malik deyildirlər.